ABŞ-da keçirilən prezident seçkilərində qalib gəlmək üçün tələb olunandan daha çox səs (277) toplayan Donald Tramp qələbəsini rəqs etməklə qeyd edib.
Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri xarici KİV yayıb.
Xatırladaq ki, Trampın rəqibi, Demokratlar partiyasının namizədi Kamala Harris səslərin 226-nı qazanıb. Seçkilərdə qalib olmaq üçün isə 538 müşavirdən 270-nin səsini toplamaq kifayətdir.
Bizim.Media