Respublikaçılar partiyasının namizədi Donald Tramp bu gün ABŞ-da keçirilən prezident seçkilərində məğlub ola biləcəyini ehtimal edib.
Bizim.Media xəbər verir ki, bu barədə o, ABC telekanalına müsahibəsində danışıb.
"Bəli, uduza bilərəm. Amma mənim kifayət qədər əhəmiyyətli üstünlüyüm var. Pis şeylərin olmaq ehtimalı var. Nəticədə hər şey maraqlı olacaq", - deyə Tramp əlavə edib.
Xatırladaq ki, Trampın rəqibi, Demokratlar partiyasından namizədliyi irəli sürülən Vitse-prezident Kamala Harrisdir.
Bizim.Media