İspaniyanın şərqindəki Valensiyada güclü yağış və daşqınlara səbəb olan fırtınadan sonra ölənlərin sayı 214 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, “El Mundo” qəzetinin məlumatına görə, indiyədək 67 cəsədin şəxsiyyəti müəyyən edilib.
Qeyd edək ki, daşqın səbəbindən bölgədə evlər su altında qalıb, nəqliyyat infrastrukturu iflic olub.
Bizim.Media