Türkiyədə beşmərtəbəli yaşayış binasında güclü partlayış olub.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, Çorum şəhərində beşmərtəbəli binanın üçüncü mərtəbəsində partlayış baş verib.
İlkin ehtimala görə, partlayışın səbəbi qaz sızması olub.
Çorum valisi Ali Çalgan partlayış nəticəsində 1 nəfərin öldüyünü, 16 nəfərin yaralandığını açıqlayıb.
Bizim.Media