Türkiyənin cənubunda Hatay vilayətində şiddətli meşə yanğınları baş verib.
Bizim.Media xəbər verir ki, havanın küləkli olması səbəbindən Hatayın Kozaklı məhəlləsindəki yanğın ətrafdakı yaşayış evlərinə də keçib.
Yanğınların söndürülməsinə 1 helikopter, 157 texnika və 479 nəfər cəlb olunub.
Bəzi evlərin sakinləri təxliyə edilib.
Bizim.Media