ABŞ Ukraynaya 425 milyon dollar məbləğində yeni hərbi yardım paketi ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Yardım paketinə döyüş sursatları, “Stinger”, “HIMARS”, “TOW” və “Javelin” raketləri, 155 və 105 mm-lik artilleriya mərmiləri, əks-dron avadanlığı, atıcı silahlar, tibbi avadanlıqlar və əvvəllər tədarük edilmiş avadanlıqlar üçün ehtiyat hissələri daxil edilib.
Bizim.Media