Rusiya xarici işlər naziri Sergey Lavrov Düşənbədə Tacikistanın xarici işlər naziri Siracəddin Muhriddin ilə birgə mətbuat konfransı maraqlı məqamla yadda qalıb. Belə ki, Lavrov onun sözünü kəsən BBC müxbiri ilə zarafat etməsilə gündəm yaradıb.
Bizim.Media xəbər verir ki, Lavrov konfransda çıxışı zamanı BBC müxbiri kanalın mikrofonu ilə birgə Azadlıq radosunun mikrofonunu nazirin qarşısına qoyur.
Həmin anda rusiyalı nazir nitqini kəsir və “BBC belə hərəkətlər də edir?” deyə jurnalistə müraciət ünvanlayır. Daha sonra o gülümsəyərək çıxışına davam edir.
Bizim.Media