Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının (Aİ) iqtisadiyyatının pnevmoniyadan əziyyət çəkdiyini iddia edib.
Bizim.Media xəbər verir ki, bu barədə Orban Avstriyanın Servus TV telekanalına müsahibəsində deyib.
Macar nazir bunu Rusiyaya qarşı sanksiyalar səbəbindən enerji qiymətlərinin artması ilə əlaqələndirib: “Avropa iqtisadiyyatı pnevmoniyadan əziyyət çəkir, daxildə ciddi problemlər və qarışıqlıq var.
İqtisadi rifahın aşağı düşməsi əlamətləri isə əsasən Avstriyada, Almaniyada və Birliyə daxil olan digər ölkələrdə aydın müşahidə edilir”.
Bizim.Media