Naim Qasım “Hizbullah”ın yeni baş katibi təyin olunduqdan sonra ilk çıxışında İsrail Baş naziri Benyamin Netanyahunu hədələyib.
Bizim.Media xəbər verir ki, o bildirib ki, onun iş planı mərhum Həsən Nəsrullahın iş planıdır.
“İran bizi dəstəkləyir və bizdən heç nə istəmir. Bizə dəstək olmaq istəyən hər bir ərəb və islam ölkəsini alqışlayırıq”, - Qasım bildirib.
Bundan əlavə, Qasım Netanyahuya qarşı birbaşa təhdidlər səsləndirərək, İsrailin baş nazirinin çıxışlarından birində ölə biləcəyini qeyd edib.
Bizim.Media