Azərbaycanın Xarkovdakı fəxri konsulluğu bu gecə atəşə tutulub
Bizim.Media-ya Konsulluqdan verilən məlumata görə bu gecə saat 2.30 dəqiqədə Konsulluğun Yaroslavl Mudrı 7 ünvanında yerləşən binası atəşə məruz qalıb:
“Konsulluq binasına 6 atəş açılıb. Nəticədə pəncərələr və qapı qırılıb. Gecə ofisdə heç kim olmadığı üçün xəsarət alan olmayıb. Konsulluğun nəzarət kameraları əllərində səsboğucu tapançaya bənzəyən silahları olan iki gənci qeydə alıb”.
Hadisə ilə bağlı cinayət işi başlanıb. Xarkov şəhərinin Kiyevski mikrorayonunun polisləri hadisə ilə bağlı araşdırma aparır.
Bizim.Media