Serbiya prezidenti Aleksandr Vuçiçlə telefon danışığı zamanı Rusiya Federasiyasının prezidenti Vladimir Putin Ukrayna ərazisində atəşkəs təşəbbüsünün müzakirəsinə maraq göstərməyib.
Bizim.Media xəbər verir ki, Serbiya lideri bu barədə Bloomberg-ə müsahibəsində danışıb.
Vuçiç vurğulayıb ki, Putin bu təklifə “xüsusi hərbi əməliyyatın bütün məqsədlərinə nail olunacaq” cavabını verib.
Serbiya prezidenti telefon zəngini belə izah edib: "Bu, centlemenlərin, əsl kişilərin etdiyi işdir".
Vuçiç əlavə edib ki, çətin şəraitdə qarşı tərəfdən cavab almağa çalışmaq lazımdır.
Bizim.Media