Rusiya ordusu xüsusi hərbi əməliyyat zonasında daha iki yaşayış məntəqəsini nəzarətə götürüb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Xarkov vilayətində Kruqlyakovka, Donetskdə Selidovo yaşayış məntəqəsi Rusiya Silahlı Qüvvələrinin nəzarətinə keçib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi ötən gün Donetsk vilayətinin Qornyak, Katerinivka və Dobrovolye (Boqoyavlenka) yaşayış məntəqələrinin də ələ keçirildiyini açıqlayıb.
Bizim.Media