Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Haftanin və Pence-Kilit bölgələrində yeni əməliyyat keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.
Mənbə qeyd edir ki, əməliyyat nəticəsində PKK terror təşkilatının 8 üzvü öldürülüb.
Vurğulanıb ki, terrorçulara qarşı mübarizə qətiyyətlə davam edəcək.
Bizim.Media