İranın Ali Rəhbəri Əli Seyid Xameneinin "X" sosial şəbəkəsində ivrit dilində (İsrail dövlətinin rəsmi dövlət dili - red) olan hesabı bloklanıb.
Bizim.Media xəbər verir ki, hesab bloklanmamışdan əvvəl Əli Xameneinin "X" hesabında İsrailin İrana hücumunun ciddi səhv olduğu və bu hücuma cavab veriləcəyi yazılıb.
Paylaşımdan bir neçə dəqiqə sonra isə həmin hesab bloklanıb.
Bizim.Media