Nigeriyanın paytaxtı Abuca şəhərində yaşayış binası çöküb, 40 nəfər dağıntılar altında qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə Nigeriyanın “The Nation” qəzeti məlumat yayıb.
Sabon Lugbe bölgəsində baş verən hadisə yerinə xilasedicilər və könüllülər cəlb olunublar. Beş nəfər xilas edilib.
İlk məlumatlara görə, çökən binada tikinti işləri hələ tam başa çatmamışdı.
Bizim.Media