Təl-Əvivin şimalında yük maşını avtobus dayanacağına çırpılıb.
Bizim.Media xəbər verir ki, bu barədə "The Times of Israel" yazır.
Nəşr İsrail xilasedicilərinə istinadən xəbər verir ki, insident nəticəsində onlarla insan yaralanıb.
Polis qəzanı terror aktı kimi qiymətləndirir.
Qeyd edilir ki, qəza zamanı yük maşınının sürücüsü həlak olub.
Məlumata görə, hadisə yaxınlığında İsrail ordusunun bir neçə kəşfiyyat bölməsi yerləşir.
Bizim.Media