Gürcüstanda parlament seçkiləri davam edir.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, saat 17:00-a olan seçici fəallığı 50,6 % təşkil edib.
Belə ki, 1 768 816 elektorat seçki məntəqələrinə gələrək öz hüququndan istifadə edib.
Azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsində seçici aktivliyi 42,29 % təşkil edib. Ən böyük aktivlik 52,42 faizlə Tbilisidə qeydə alınıb.
Ümumilikdə parlament seçkilərində 3 508 294 nəfər səsvermə hüququna malikdir.
Bizim.Media