Türkiyənin paytaxtı Ankarada PKK/KCK terror qruplaşmasına qarşı əməliyyat keçirilib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Baş Prokurorluğunun qərarı ilə keçirilən əməliyyat nəticəsində 33 şübhəli saxlanılıb.
Qeyd edək ki, oktyabrın 23-də Ankara şəhərində TUSAŞ aerokosmik müəssisəsində terror aktı törədilib.
Nəticədə 5 nəfər həlak olub, 22 nəfər yaralanıb. Hücum edən hər iki terrorçu məhv edilib, biri isə özünü partladıb.
Bizim.Media