Ağ Ev İsrailin İrana zərbə endirməsinə dair kəşfiyyat məlumatlarının sızmasından narahatdır.
Bizim.Media xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Biz çox narahatıq. Prezident Co Bayden məxfi məlumatların ictimai sahəyə sızmasından dərin narahatlıq keçiri, bu baş verməməlidir və bu baş verdikdə qəbuledilməzdir”, - Kirbi qeyd edib.
Bizim.Media