Türkiyənin Niğde bölgəsində sərnişin avtobusu ilə minik avtomobili toqquşub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı CNN Türk telekanalı yayıb.
Mənbə qeyd edir ki, qəza səhər saatlarında Niğde-Altunhisar avtomobil yolunda baş verib.
Nəticədə minik avtomobilinin sürücü E.T. həyatını itirib, avtobusda olan 3 sərnişin isə yaralanıb. Avtobus sürücüsü S.D. isə saxlanılıb.
Bizim.Media