Çin Xalq Respublikasının Sədri Si Cinpin qoşunları müharibəyə hazırlığı artırmağa çağırıb.
Bizim.Media xəbər verir ki, bu açıqlama Pekinin Tayvan ətrafında genişmiqyaslı hərbi təlimlər keçirməsindən bir neçə gün sonraya təsadüf edir.
Xalq Azadlıq Ordusunun raket briqadasına səfəri zamanı o deyib ki, hərbçilər müharibəyə hazırlığı hərtərəfli gücləndirməli və qoşunları etibarlı döyüş qabiliyyəti ilə təmin etməlidirlər: “Əsgərlər strateji çəkindirmə və döyüş imkanlarını gücləndirməlidirlər".
Bizim.Media