İsrail İrana necə və nə vaxt CAVAB VERƏCƏK?

İranın oktyabrın əvvəlində İsrailə endirdiyi raket zərbələrinə Təl-Əviv yaxın müddətdə cavab verə bilər. Ən azından İsrail rəsmilərinin açıqlamaları belə düşünməyə əsas verir. İsrailin baş naziri Netanyahu və müdafiə nazirinin bu istiqamətdə verdiyi bəyanatlar onu göstərir ki, İsrail İrana cavab zərbəsi üçün son hazırlıqlarını görməkdədir.
 

MÖVZU İLƏ BAĞLI:

İsrail İran və Hizbullah-a cavab zərbələri ilə bağlı XƏBƏRDARLIQ EDİB


Bu arada ABŞ prezidenti Co Bayden də bildirib ki, İranın oktyabrın əvvəlində etdiyi raket hücumuna İsrailin necə və nə vaxt cavab verəcəyini bilir.

Həmin açıqlamalar isə o deməkdir ki, İsrailin cavab zərbəsi birmənalı şəkildə baş verəcək.

İndi əsas sual odur ki, bu cavab zərbələri necə və nə vaxt olacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirir ki, İsrail İranın hərbi obyektlərinə zərbələr endirəcək:

“Oktyabrın əvvəlində İran İsrailə 180-ə qədər raket atdı. İsrail və Amerika mənbələri isə İranın bu zərbələri nəticəsində elə də ciddi itkilərin olmadığını bildirdilər. Ancaq bununla belə aydın məsələdir ki, İran mütləq İsrailin cavab zərbəsinə tuş gələcək. İsrail həmin vaxtdan buna hazırlaşır.

Əvvəl elan olundu ki, İsrail İranın nüvə obyektləri və neft mədənlərini vuracaq. Amma məlum oldu ki, ABŞ qəti şəkildə buna etiraz edib. Çünki İranın nüvə obyektlərinin vurulmasını təhlükəli hesab edir. Neft mədənlərinin vurulması isə “qara qızıl”ın qiymətinin xeyli artmasına gətirib çıxara bilər ki, bunun da Amerikadakı prezident seçkilərinə təsir göstərəcəyi gözlənilir. Bu səbəbdən Vaşinqton həmin iki istiqamətdə zərbə endirilməsinə qəti etiraz edib.


İsrailin əsas hədəfi İranın hərbi obyektləri olacaq. İranın hava hücumundan müdafiəsi o qədər də güclü deyil. Bu səbəbdən İsrailin zərbəsinin İra üçün ağır nəticələr doğuracağını söyləmək mümkündür”.

Bu müstəvidə İranın yenidən cavab verməyə cəhd göstərməsi isə həmsöhbətimizə görə, regionda olduqca təhlükəli müharibə ocağının yaranmasına gətirib çıxara bilər:

“ABŞ və digər böyük dövlətlər bunun baş verməsini istəmir. Ancaq bir şey aydındır ki, İsrail İrana raket zərbəsi endirmək məcburiyyətindədir və artıq bunu elan da edib. Yəqin ki, yaxın günlərdə bu niyyətini reallaşdıracaq. Ümid edək ki, bununla da qarşılıqlı raket zərbələrinə son qoyulacaq və bölgəmizdə təhlükəli müharibə ocağının yaranmasına imkan verilməyəcək”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BOKT-ların müştərilərinə banklar KREDİT VERMİR?

BOKT-ların müştərilərinə banklar KREDİT VERMİR?

SON DƏQİQƏ! Sarı və narıncı XƏBƏRDARLIQ edildi

SON DƏQİQƏ! Sarı və narıncı XƏBƏRDARLIQ edildi

“Qəbələ” “Kəpəz”ə qalib gəldi - FOTO/VİDEO

“Qəbələ” “Kəpəz”ə qalib gəldi - FOTO/VİDEO

Alman səyyah əcdadlarının Azərbaycanda tikdiyi şəhəri tapdı

Alman səyyah əcdadlarının Azərbaycanda tikdiyi şəhəri tapdı

İctimai nəqliyyat istifadəçilərinə vacib xəbər!

İctimai nəqliyyat istifadəçilərinə vacib xəbər!

Yollarda görünüş məhdudlaşacaq

Yollarda görünüş məhdudlaşacaq

Manaf: “Bir neçə ildən sonra oxumayacağam”

Manaf: “Bir neçə ildən sonra oxumayacağam”

Hakan Fidan da Suriyaya getdi - Zelenski və Əl Şaraa ilə görüşəcək

Hakan Fidan da Suriyaya getdi - Zelenski və Əl Şaraa ilə görüşəcək

Zelenski Suriyaya getdi

Zelenski Suriyaya getdi

İranda iki etirazçı edam edildi

İranda iki etirazçı edam edildi

Həmin qız uşaq evinə yerləşdiriləcək

Həmin qız uşaq evinə yerləşdiriləcək

Keşlədə təxliyyə olunan sakinlər üçün qərargah yaradıldı

Keşlədə təxliyyə olunan sakinlər üçün qərargah yaradıldı

27 yaşlı gənci sel necə aparıb?

27 yaşlı gənci sel necə aparıb?

Toğanalı–Kəlbəcər–İstisu yolunda qar uçqunu: Hərəkət məhdudlaşdırıldı - VİDEO

Toğanalı–Kəlbəcər–İstisu yolunda qar uçqunu: Hərəkət məhdudlaşdırıldı - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Kənd sakini Farik Rəsulovu aparan Quru çaya baxış keçirildi - FOTO

Kənd sakini Farik Rəsulovu aparan Quru çaya baxış keçirildi - FOTO

İranda 37 gündür internet yoxdur

İranda 37 gündür internet yoxdur

Selin apardığı gəncin meyiti sudan çıxarıldı

Selin apardığı gəncin meyiti sudan çıxarıldı

ABŞ təyyarəsinin İranda xilas edilən 2-ci ekipaj üzvü Küveytə çatdırıldı

ABŞ təyyarəsinin İranda xilas edilən 2-ci ekipaj üzvü Küveytə çatdırıldı

Qusar rayonunda yağışlı hava şəraitinin yaratdığı fəsadlar aradan qaldırılır

Qusar rayonunda yağışlı hava şəraitinin yaratdığı fəsadlar aradan qaldırılır

Kəlbəcər şəhərində və Kəngərli kəndində ilk dəfə buraxılış imtahanı keçirildi

Kəlbəcər şəhərində və Kəngərli kəndində ilk dəfə buraxılış imtahanı keçirildi

Bakı və Abşeronda toplanan yağış suları kənarlaşdırılır

Bakı və Abşeronda toplanan yağış suları kənarlaşdırılır

Qusarda 27 yaşlı gənci sel apardı - ÖZƏL

Qusarda 27 yaşlı gənci sel apardı - ÖZƏL

Şəmkirdə gəncin öldürülməsi faktı üzrə cinayət işi başlandı

Şəmkirdə gəncin öldürülməsi faktı üzrə cinayət işi başlandı

End of content

No more pages to load

RADİO