“Cənubi Qafqaz üçün ən böyük təhlükə xarici qüvvələrin müdaxiləsidir”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov oktyabrın 18-də İstanbulda "3+3" formatında XİN başçılarının üçüncü iclasının yekunlarına dair açıqlamasında bildirib.
Lavrovun sözlərinə görə, ən böyük təhlükə ondan ibarətdir ki, regiondankənar oyunçular burada öz şərtlərini diktə etməyə, öz sxemlərini tətbiq etməyə çalışırlar:
“Bu sxemlər regionun problemlərini burada yerləşən bütün ölkələrin maraqları naminə həll etməyə deyil, NATO-nu buraya yönəltməyə, blok proseslərini inkişaf etdirməyə, öz imkanlarından təzyiq rıçaqları kimi istifadə etməyə yönəlib".
Bizim.Media