Ukrayna və Rusiya arasında hərbi əsirlərin “95/95” formatında mübadiləsi aparılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, əsirlər Belarus ərazisində təhvil alınıb. Onlara lazımi tibbi və psixoloji yardım göstəriləcək.
Qeyd edilib ki, mübadilə BƏƏ-nin vasitəçiliyi ilə baş tutub.
Bizim.Media