Qərbin sanksiya OYUNU – İrana əl altından milyardlar ÖTÜRÜLÜR – DETALLAR

“Washington Freebeacon” yaydığı bir məlumat dünya gündəminə bomba kimi  düşdü. Nəşr iddia edir ki, İranın qanunsuz neft satışından əldə etdiyi gəlir 200 milyard dollara çatıb.

Məlumatda o da qeyd edilir ki, İranın qanunsuz neft satışını davam etdirməsi və bu ticarətdən gəlirlərini artırmasının səbəbi qismində ABŞ hökumətinin sanksiyalarına zəif riayət olunması göstərilib. Nəşr iddia edir ki, həmin maliyyə vəsaitindən İsrailə qarşı müharibəni maliyyələşdirmək üçün istifadə edilib.
 

MÖVZU İLƏ BAĞLI:

İrandan Yaxın Şərqdə yeni münaqişə XƏBƏRDARLIĞI - Hədəf hansı ölkədir?


Təbii ki, iddia təəccüblü olduğu qədər maraqlıdır. Çünki rəsmi məlumatlara görə İranın neftdən illik leqal gəliri cəmi 35 milyard dollardır. Bunun müqabilində İranın qeyri-leqal neft satışından 200 milyard dollar gəlir əldə etməsi olduqca təəccüblüdür.

Bəs, sanksiyalar niyə fayda vermir?
 

Uzun illərdir ki, ABŞ və bəzi Avropa ölkələri İrana qarşı sanksiyalar tətbiq edir. Amma görünən odur ki, bu sanksiyalar o qədər də kəsərli deyil. Bəlkə də bütün bu sanksiyalar gözdən pərdə asmaq üçün bir oyundur. Məsələn, bu ilin əvvəllərində ABŞ-ın Florida ştatının respublikaçı qubernatoru Ron Desantis bəyan etmişdi ki, ABŞ Prezidenti Co Baydenin Tehranla bağlı siyasəti İrana öz mövqelərini möhkəmləndirməyə imkan verir:


“İran HƏMAS-ı, “Hizbullah”ı maliyyələşdirir... Problemin kökü Baydenin İrana qarşı sanksiyaları yumşaltmasıdır. Onların ölkəsinə böyük pul axınları yönəlib”.

Yada salaq ki, bir il əvvəl ABŞ-ın Respublikaçılar Partiyası iddia etmişdi ki, Cənubi Koreya banklarında İranın dondurulmuş 6 milyard dolları rəsmi Vaşinqtonun göstərişi ilə Qətərdəki banklara köçürülüb.

İran da həmin pullardan Yaxın Şərqdəki bəzi qruplaşmalara pay verir. Ona görə də 30 noyabr 2023-cü ildə ABŞ Nümayəndələr Palatası əvvəllər sərbəst buraxılmış 6 milyard dolların yenidən dondurulmasına səs verdi. Lakin Co Bayden adminstrasiyası Konqresin qərarını lazımsız kağız kimi bir kənara atdı.

Sonradan məlum oldu ki, həmin 6 milyard təkcə İsrailə qarşı vuruşan HƏMAS-a deyil, həm də Ərəb yarımadasında qarışıqlıq salmaq istəyən “Ənsərullah”, “Hizbullah” və digər quruplaşmalara paylanılıb. Bu da o deməkdir ki, ABŞ Ərəbistan yarımadasını qarışdırmaq və yeni münaqişə zonaları yaratmaq üçün ən azından 6 milyard dollar “investisiya” yatırıb.

Bu dəfə isə söhbət 6 yox, 200 milyarddan gedir.

Bu qədər gəlirin bəyan edilən xərc istiqaməti də təəccüb yaradır. Görünən odur ki, ABŞ və Avropa sözdə İrana qarşı sanksiyalar tətbiq etsə də, mənzərə reallıqda tam fərqlidir. İran heç də deyildiyi kimi sanksiyalar məngənəsində sıxılan kasıb ölkə deyil.

Hər kəsə məlumdur ki, İran Yaxın Şərqdə ən fəal oyunçudur. Bu gün həm ABŞ, həm Avropa Yaxın Şərq siyasətində İranla açıq şəkildə hesablaşır. Üstəlik, İran bölgədə Qərbdən daha güclü görünür. Necə deyərlər, İranın rızası olmadan Yaxın Şərq səmasında “quş belə uça bilməz”.

Elə son zamanlar Yaxın Şərqdə baş verən hadisələrin xronologiyasına baxsaq buna tam əmin olarıq. Məlumdur ki, dünya neft ixracının böyük hissəsinin keçdiyi dar su hövzəsi olan və İranın nəzarətində olan Hörmüz boğazı qlobal iqtisadiyyat üçün həyati əhəmiyyət kəsb edir.

Hörmüz boğazı Fars və Oman körfəzlərini birləşdirir və dəniz neft nəqli üçün strateji əhəmiyyətli bir marşrut olaraq qalır. Boğazın eni cəmi 39 kilometrdir. Lakin bu qısa ölçüyə baxmayaraq, dünya neftinin təxminən 20%-i burada daşınır.

Bu da Hörmüzün qlobal enerji təhlükəsizliyində rolunu kəskin artırır.
 

Hörmüz vasitəsilə daşınma ilə bağlı hər hansı məhdudiyyət Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İran, Küveyt və İraq kimi ölkələrdən neft ixracına təsir edəcək. Boğazın bağlanması dünya bazarına neft tədarükünün əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxara bilər ki, bu da sözsüz ki, qiymətlərdə sıçrayışa səbəb olacaq.


Bu gün İran təkcə Hörmüz boğazına nəzarət etmir. Həm də Qırmızı dənizdə “at oynadır”. Husilərin əli ilə rəsmi Tehran buradan keçən istənilən yükə müdaxilə etmək imkanını neçə illərdir ki, özündə saxlayır.

Və heç kəsə sirr deyil ki, Qırmızı dənizindən təkcə leqal yüklər keçmir. Bu dəhlizdən daha çox qaçaqmal üçün istifadə edilir. Qaçaqmalçıların ipi isə rəsmi Tehranın əlindədir. Ona görə də “Washington Freebeacon” nəşrinin İranın qanunsuz neft satışından 200 milyard əldə etməsi feyk xəbər kimi yox, real rəqəm kimi görünməlidir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oskar Piastri "Formula-1"in antirekorduna imza atıb

Oskar Piastri "Formula-1"in antirekorduna imza atıb

İtaliyada qar uçqunu iki nəfərin ölümünə səbəb oldu

İtaliyada qar uçqunu iki nəfərin ölümünə səbəb oldu

İlon Mask: "Onu həbs edin!"

İlon Mask: "Onu həbs edin!"

İŞİD-ə qarşı əməliyyatda 67 nəfər həbs edilib

İŞİD-ə qarşı əməliyyatda 67 nəfər həbs edilib

Bu yollar buz bağlayıb: Ehtiyatlı olun!

Bu yollar buz bağlayıb: Ehtiyatlı olun!

ABŞ bunun üçün Polşaya 500 milyon dollar ayıracaq

ABŞ bunun üçün Polşaya 500 milyon dollar ayıracaq

Kəlbəcər sakinləri: Yalan xəbər yayırlar, hər şey qaydasındadır - VİDEO

Kəlbəcər sakinləri: Yalan xəbər yayırlar, hər şey qaydasındadır - VİDEO

Kəlbəcərdəki vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA

Kəlbəcərdəki vəziyyətlə bağlı RƏSMİ AÇIQLAMA

Mourinyo "Çelsi"yə qayıda bilər

Mourinyo "Çelsi"yə qayıda bilər

Numeroloqlar 2026-cı ili niyə “1-ci il” adlandırırlar?

Numeroloqlar 2026-cı ili niyə “1-ci il” adlandırırlar?

Meksika prezidenti zəlzələyə görə konfransı yarımçıq kəsdi

Meksika prezidenti zəlzələyə görə konfransı yarımçıq kəsdi

Janna Darkın qılıncını oğurladı - Qonşu küçədə saxlanıldı

Janna Darkın qılıncını oğurladı - Qonşu küçədə saxlanıldı

Şahdağ Milli Parkının qış mənzərəsi - VİDEO

Şahdağ Milli Parkının qış mənzərəsi - VİDEO

Natiq Qasımovun indiyə qədər görülməyən - Fotoları

Natiq Qasımovun indiyə qədər görülməyən - Fotoları

Sumqayıtda dəm qazı CAN ALDI

Sumqayıtda dəm qazı CAN ALDI

Goranboyda baş vermiş ağır qəzada həlak olan ata və oğulun FOTOSU

Goranboyda baş vermiş ağır qəzada həlak olan ata və oğulun FOTOSU

Azərbaycan səyahət üçün təhlükəsiz ölkə seçilib

Azərbaycan səyahət üçün təhlükəsiz ölkə seçilib

DİQQƏT! Bu halda məktəblər bağlanacaq, dərslər təxirə salınacaq

DİQQƏT! Bu halda məktəblər bağlanacaq, dərslər təxirə salınacaq

Yeni il gecəsi baş verən yanğında ölənlərdən biri idmançıdır - Foto

Yeni il gecəsi baş verən yanğında ölənlərdən biri idmançıdır - Foto

Vəkillər üçün sosial sığorta haqqı artırılıb

Vəkillər üçün sosial sığorta haqqı artırılıb

İşçisini evində öldürməkdə ittiham edilən biznesmen - Cəza almaya bilər...

İşçisini evində öldürməkdə ittiham edilən biznesmen - Cəza almaya bilər...

Ukrayna Xarici Kəşfiyyat Xidmətinə yeni rəhbər təyin olundu - FOTO

Ukrayna Xarici Kəşfiyyat Xidmətinə yeni rəhbər təyin olundu - FOTO

Bəzi YDM-lərdə işçilər maşınların belə "evini yıxır"

Bəzi YDM-lərdə işçilər maşınların belə "evini yıxır"

Kəlbəcərlə bağlı yalan məlumatları bu şəxs yayıb — Ramiz Abışovun məqsədi nədir?

Kəlbəcərlə bağlı yalan məlumatları bu şəxs yayıb — Ramiz Abışovun məqsədi nədir?

End of content

No more pages to load

RADİO