“3+3”ün İstanbul görüşündə hansı məsələlər müzakirə olunacaq? – Sergey Markovdan ÖZƏL AÇIQLAMA

“Zəngəzur dəhlizi təbii ki, “3+3” formatında həllini tapacaq ən mühüm məsələlərdən biridir. Ümumiyyətlə, 3+3 kimi formatlar həm regiondaxili problemlərin həlli, həm də müxtəlif ölkələrin iştirak etdiyi regional layihələrin yaradılması üçün mühüm əhəmiyyət kəsb edir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.

İstanbul görüşündə əsas müzakirə mövzusu nə olacaq?

Bu gün İstanbulda keçiriləcək "3+3" Cənubi Qafqaz Regional Əməkdaşlıq Platformasının üçüncü iclasından gözləntilər barəsində danışan Markov, əsas müzakirə predmetinin Zəngəzur dəhlizi olacağını deyib:
 

“Bir neçə ölkənin daxil olduğu regional nəqliyyat dəhlizləri təbii ki, 3+3 kimi regional formatlar üçün prioritet layihələrdən biridir. Bu nəqliyyat dəhlizləri arasında ən strateji əhəmiyyətə malik olan, təkcə Azərbaycanı Naxçıvanla birləşdirən dəhliz deyil. Zəngəzur dəhlizi həm də Azərbaycanın strateji müttəfiqlərini birləşdirəcək. Bundan əlavə, Rusiyanın Aralıq dənizinə quru çıxışı olacaq.


Ümumilikdə isə 3+3 formatı idealdır. Bu platforma Cənubi Qafqazın üç əsas ölkəsi və Cənubi Qafqazla həmsərhəd olan üç böyük regional gücün birləşməsidir. Gələcəkdə bu platforma təkcə nəqliyyat dəhlizləri deyil, həm də azad ticarət zonasının bir növ analoqu ola bilər”, - deyə S.Markov qeyd edib.

Markov əlavə edib ki, 3+3 formatı həm də Qərbdən asılılığı azaltmaqla, azad iqtisadiyyat qurmaq baxımından önəmlidir.

Çünki 3+3 ölkələrinin bəziləri hələ də Qərbdən asılıdır:

“Qərb dövlətinin marağı çox sadədir: bölücülük və güc. Qərb ölkələrə öz suverenliklərini həyata keçirmək və regional problemləri müstəqil həll etmək imkanı verməməkdə maraqlıdır. Qərb bu bölgələrə girməklə imperialist resurslarından və təcrübəsindən istifadə edərək ölkələri istismar etmək istəyir. Bu səbəbdən 3+3 formatı tədricən formalaşmalıdır. Rusiya ilə Türkiyənin çox yaxşı münasibətləri var. Ona görə də bu, strateji tərəfdaşlıq üçlüyüdür. Gələcəkdə Rusiya, Türkiyə, Azərbaycan tərəfdaşlığı formalaşa bilər. Bu tərəfdaşlıq digər bir çox ölkəyə də öncüllük edə bilər”.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tanınmış jurnalistə vəzifə verildi – FOTO

Tanınmış jurnalistə vəzifə verildi – FOTO

Bakıda tarixi binanı zədələyənlərin FOTOLARI

Bakıda tarixi binanı zədələyənlərin FOTOLARI

Baba Vəziroğlu QƏZƏBLƏNDİ: “Hələ Rasim Balayevin torpağı yaşdır, ayıbdır!” - EKSKLÜZİV

Baba Vəziroğlu QƏZƏBLƏNDİ: “Hələ Rasim Balayevin torpağı yaşdır, ayıbdır!” - EKSKLÜZİV

Del Pyero İtaliya milli komandasını dünya futbolunun gülüş obyekti adlandırıb

Del Pyero İtaliya milli komandasını dünya futbolunun gülüş obyekti adlandırıb

"10 yaşımda metronun qabağında qələm satırdım"

"10 yaşımda metronun qabağında qələm satırdım"

İranlı fermerin VİDEOSU gündəm oldu: Tüfənglə ABŞ helikopterini “vurdu”

İranlı fermerin VİDEOSU gündəm oldu: Tüfənglə ABŞ helikopterini “vurdu”

Şahin Mustafayev Çin səfiri ilə GÖRÜŞDÜ

Şahin Mustafayev Çin səfiri ilə GÖRÜŞDÜ

Azərbaycandan Yunanıstana qaz təchizatının həcmi AÇIQLANDI

Azərbaycandan Yunanıstana qaz təchizatının həcmi AÇIQLANDI

5 bürcün qara günləri bitir: Apreldə həyatları tam dəyişir

5 bürcün qara günləri bitir: Apreldə həyatları tam dəyişir

"Restoranımızda yeyib hesabı ödəmirdilər, icarəyə verdik"

"Restoranımızda yeyib hesabı ödəmirdilər, icarəyə verdik"

La Liqada ən çox maaş alan FUTBOLÇULAR: Ayda 3 milyon qazanırlar

La Liqada ən çox maaş alan FUTBOLÇULAR: Ayda 3 milyon qazanırlar

Pensiyalar yenə artacaq?

Pensiyalar yenə artacaq?

İran artıq qələbəsini elan edə bilər

İran artıq qələbəsini elan edə bilər

"Paketli qidalara birmənalı olaraq təhlükəli deməyimiz düzgün yanaşma olmaz" - AÇIQLAMA

"Paketli qidalara birmənalı olaraq təhlükəli deməyimiz düzgün yanaşma olmaz" - AÇIQLAMA

“Sabah” “Qarabağ”ın jestinə belə cavab verdi – VİDEO

“Sabah” “Qarabağ”ın jestinə belə cavab verdi – VİDEO

"Uzak Şehir"də əsas obraz heyətdən ayrıldı - FOTO

"Uzak Şehir"də əsas obraz heyətdən ayrıldı - FOTO

Putin və Ərdoğan arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə olundu?

Putin və Ərdoğan arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə olundu?

"Qızım mənə "ana" demir"

"Qızım mənə "ana" demir"

Küçə "incəsənət"inin uşaqları və ya mədəni mirasa hücum - ŞƏRH

Küçə "incəsənət"inin uşaqları və ya mədəni mirasa hücum - ŞƏRH

Hər kəsə yaxşı davranıb ən çox üzülən 3 bürc

Hər kəsə yaxşı davranıb ən çox üzülən 3 bürc

"Kuruluş Orhan"da 2 AYRILIQ - FOTOlar

"Kuruluş Orhan"da 2 AYRILIQ - FOTOlar

Ülviyyə İlyasova yenidən hakim qarşısında

Ülviyyə İlyasova yenidən hakim qarşısında

Almaniya Azərbaycana biznes-missiya GÖNDƏRƏCƏK

Almaniya Azərbaycana biznes-missiya GÖNDƏRƏCƏK

Həlak olan iki minatəmizləyənin ailə üzvlərinə Prezident təqaüdü TƏYİN EDİLDİ

Həlak olan iki minatəmizləyənin ailə üzvlərinə Prezident təqaüdü TƏYİN EDİLDİ

End of content

No more pages to load

RADİO