Norveç yaxın vaxtlarda Ukraynaya altı ədəd F-16 qırıcısı təhvil verəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov norveçli həmkarı Byorn Arild Qramla danışıqlardan sonra bildirib.
“Xüsusi diqqət aviasiyanın gücləndirilməsinə yönəlib. Odur ki, Norveç F-16 qırıcıları ilə Ukraynanı dəstəkləməkdə davam edəcək”, - deyə Umerov qeyd edib.
Bizim.Media