Türkiyədə yenidən meşə yanğınları baş verib.
Bizim.Media ölkə mətbuatına istinadən xəbər verir ki, İzmir vilayətinin Dikili rayonunda meşəlik ərazidə yanğın başlayıb.
Yanğının söndürülməsinə havadan və qurudan müdaxilə edilir. Hadisə yerinə 4 təyyarə, 1 helikopter, 14 su tankeri, 4 su təchizatı avadanlığı, 1 dozer və 1 briqada cəlb edilib.
Yanğının başvermə səbəbi məlum deyil.
Bizim.Media