Türkiyənin Sivas bölgəsində ard-arda iki zəlzələ olub.
Bizim.Media xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 11:29-da 4.7 bal gücündə, 11:39-da isə 4.1 bal gücündə 2 zəlzələ baş verib.
Zəlzələlər yerin təxminən 10,57 və 22,98 kilometr dərinliyində qeydə alınıb.
Bizim.Media