Türkiyə Hərbi Hava Qüvvələrinin oktyabrın 9-dan 11-dək İraqın şimalında PKK terror təşkilatının obyektlərinə endirdiyi hava zərbələri nəticəsində 13 terrorçu zərərsizləşdirilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Mənbə qeyd edir ki, Qara rayonunda 8, Xakurk bölgəsində isə 5 yaraqlı məhv edilib.
Xatırladaq ki, 2024-cü ilin əvvəlindən indiyədək türk hərbçiləri tərəfindən 2150-dən artıq terrorçu zərərsizləşdirilib. Onların əksəriyyəti İraqın şimalında məhv edilib.
Bizim.Media