Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 17-də Avropa Şurasında “qələbə planı”nı təqdim edəcək.
Bizim.Media xəbər verir ki, barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel özünün “X” hesabında məlumat paylaşıb.
O, müharibədəki son hadisələri dəyərləndirmək və qələbə planını təqdim etmək üçün Ukrayna prezidentini oktyabrın 17-də keçiriləcək sammitə dəvət etdiyini bildirib.
Qeyd edək ki, daha əvvəl Ukrayna Ali Radasının deputatı Sergey Leşenko özünün “Telegram” kanalında Zelenskinin oktyabrın 16-da Radada çıxışı zamanı qələbə planını ictimaiyyətə təqdim edəcəyini açıqlamışdı.
Bizim.Media