"Əgər İran İslam Respublikasının mülki nüvə obyektlərinə hücum planları və ya təhdidləri həyata keçirilərsə, bu, çox ciddi təxribat olacaq”.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Laosun paytaxtında keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, İranın nüvə proqramına nəzarət edən MAQATE ona kifayət qədər ciddi nəzarət edir və İranın bu nüvə proqramını hərbi kanala keçirməyə başladığına dair heç bir əlamət görmür:
“MAQATE mütəmadi olaraq İdarə Heyətinə bu cür hesabatlar təqdim edir, biz bu peşəkar qiymətləndirmələrdən çıxış edirik”.
Bizim.Media