ABŞ-ın Florida ştatında Milton qasırğası artıq 11 nəfərin həyatına son qoyub.
Bizim.Media xəbər verir ki, pis hava şəraiti ilə əlaqədar gün ərzində 2000-dən çox reys təxirə salınıb.
Hazırda “Milton” Florida ərazisini tərk edərək Atlantik okeanının suları üzərinə çəkilib.
Qasırğanın gücü Saffir-Simpson şkalası üzrə üç bal təşkil edib.
Bizim.Media