24 dövlət başçısı BRİCS sammiti üçün Kazana gələcək.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya KİV-ləri yazıb.
Mənbə qeyd edir ki, Səudiyyə Ərəbistanı istisna olmaqla, BRİKS ölkələrinin bütün liderləri sammitdə iştirak edəcək. Ər-Riyadı isə xarici işlər naziri təmsil edəcək.
Ümumilikdə tədbirdə 32 dövlət, eləcə də nüfuzlu inteqrasiya birliklərinin nümayəndələri iştirak edəcək.
Xatırladaq ki, BRİCS-in növbəti sammiti oktyabrın 22-24-də Tatarıstanın paytaxtı Kazan şəhərində keçiriləcək.
Bizim.Media