Rusiya ordusunun bölmələri Kursk vilayətində Lyubimovkaya tərəf hücuma keçiblər.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna resursları yazıb.
Rusiya teleqram kanallarının bildirdiyinə görə, hücumda ən azı 30 zirehli texnika iştirak edir.
Bundan əvvəl Bloomberg ABŞ administrasiyasındakı mənbələrə istinadən qeyd edib ki, Ukrayna qoşunları Kursk vilayətində işğal etdikləri əraziləri ən azı daha bir neçə ay saxlaya biləcəklər.
Onların sözlərinə görə, Rusiya Federasiyasının ərazisində yerləşən Ukrayna hərbçilərinin təchizat sistemində problemlər yaranıb.
Bizim.Media