İsrail İranın Suriyadakı səfirliyi yaxınlığına hava zərbələri endirib.
Bizim.Media xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Qeyd edilib ki, Suriyanın paytaxtı Dəməşqin Məzzə bölgəsində İran səfirliyinin binasının yaxınlığındakı yaşayış binasına hava zərbələri endirilib.
Hadisə nəticəsində 4 nəfər ölüb və 11 nəfər isə xəsarət alıb.
Bizim.Media