2014-2024-cü illərdə NATO-nun baş katibi olan Yens Stoltenberq Münhen Təhlükəsizlik Konfransının (MSC) yeni sədri olacaq.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə MSC-nin yaydığı məlumatda deyilir.
Mənbə qeyd edib ki, o, gələn ilin fevralında keçiriləcək 61-ci konfransdan sonra vəzifəsinin icrasına başlayacaq.
NATO-nun keçmiş baş katibi mövzu ilə bağlı mətbuata açıqlama verib:
“Mən bütün siyasi həyatımı sülhün qorunmasına həsr etmişəm. Münhen Təhlükəsizlik Konfransının sədri olmaq və onun “Dialoq vasitəsilə sülh” missiyasına töhfə vermək mənim üçün böyük şərəfdir".
Bizim.Media