İranda iki gün ərzində (2-3 oktyabr) müxtəlif həbsxanalarda üçü qadın olmaqla 30 məhkum edam edilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İranın müxalifət mətbuatı yayıb.
Mənbə qeyd edir ki, “Edamsız çərşənbə axşamı” kampaniyasının 37-ci həftəsində İranın 22 həbsxanasında aclıq aksiyası keçirilir.
Ölüm cəzasına məhkum edilən Mahmud Dehmardeh Zabul həbsxanasında ürək tutmasından dünyasını dəyişib.
İran təqvimi ilə bu ilin 6 ayı ərzində (aprel-sentyabr) İranda 450-yə yaxın məhbus edam edilib.
Bizim.Media