İsrail hərbçiləri Beyrutun cənubundakı sakinləri dərhal təxliyə etməyə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə İDF sözçüsü Aviçai Edri özünün “X” hesabında paylaşım edib.
Bəyanatda Burj Əl Barajna və Hadas bölgələrinin sakinlərinin evlərini tərk etməli olduqları qeyd edilib.. Edri Hizbullah hədəflərinin yaxınlıqda olduğunu və hücumun planlaşdırıldığını bildirib.
O, yerli sakinlərə yaxınlıqdakı binalardan ən azı 500 metr aralıda durmağı tövsiyə edib.
Qeyd edək ki, paylaşımın ərəb dilində yazılması diqqət çəkib.
Bizim.Media