Oktyabrın 11-də Türkmənistanda keçiriləcək forum çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə İran prezidenti Məsud Pezeşkian arasında görüş planlaşdırılır.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov keçirdiyi brifinqdə bildirib.
“Oktyabrın 11-də Türkmənistanda keçiriləcək forum çərçivəsində Putinin ikitərəfli təmasları istisna edilə bilməz”, - Uşakov qeyd edib.
O, Putinin Pezeşkianla Yaxın Şərqdə pisləşən vəziyyəti müzakirə etməyi planlaşdırdığını söyləyib.
Bizim.Media