Lənkəranda 31 yaşlı kişi iş yerində ölüb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Lənkəran rayonunun Bəlləbur kəndində baş verib.
Belə ki, kənd sakini 31yaşlı Elgün Rza oğlu Rzazadə işlədiyi sexdə yıxılıb. O, dərhal Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyiblər.
Mərhum Vətən müharibəsi iştirakçısı olub və Şuşa döyüşlərində iştirak edibmiş.
Faktla bağlı araşdırma aparılır.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu