Bakı Təşəbbüs Qrupu Beynəlxalq Frankofoniya Təşkilatına çağırış etdi - BƏYANAT

“Fransanın Villers-Cotterêts və Paris şəhərlərində keçirilən Beynəlxalq Frankofoniya Təşkilatının Zirvə görüşü çərçivəsində Fransanın birbaşa dəstəyi ilə Azərbaycan əleyhinə birtərəfli, qərəzli və təhriflərlə dolu təhrikçi ifadələrin olduğu sənədlər qəbul edilib. Mədəniyyət profilli qurum olan Beynəlxalq Frankofoniya Təşkilatının ona üzv olmayan suveren ölkə əleyhinə və ümumiyyətlə, mandatından kənar mövzuya dair sənədlər qəbul etməsi bu təşkilatın nüfuzuna ciddi xələl gətirməklə yanaşı, onun Fransa tərəfindən digər dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə olunduğunu, siyasi alət rolunu oynadığını nümayiş etdirir”.

Bizim.Media xəbər verir ki, bu fikirlər Bakı Təşəbbüs Qrupunun bəyanatında bildirilib.

Qeyd olunub ki, beynəlxalq hüquqa hörmət çərçivəsində dünyada dekolonizasiya prosesinin irəlilədilməsi və (neo) müstəmləkəçiliklə mübarizə sahəsində fəaliyyət göstərən Bakı Təşəbbüs Qrupu Beynəlxalq Frankofoniya Təşkilatına fransız əsarəti altında olan dənizaşırı ərazilərdə Fransa hökuməti tərəfindən törədilən cinayətlərə diqqət yetirməsinə çağırış edir.

Bakı Təşəbbüs Qrupu xatırladır ki, Kanakidə (Yeni Kaledoniya) kanak xalqının hüquq və azadlıqlarının Fransa hökuməti tərəfindən kobudcasına pozulmasına etiraz məqsədilə keçirilən dinc etiraz aksiyalarına cavab olaraq 10-dan artıq mülki şəxs Fransa təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib, yüzlərlə şəxs həbs edilib. Aksiyaların 10-a yaxın iştirakçısı siyasi məhbus kimi Fransa metropoliyasının həbsxanalarında təzyiqlərə məruz qalır.

Fransa hökuməti Mao`hi Nui-də (Fransız Polineziyası) azadlıq və yerli adət-ənənələrin səsi olan “Tefana Radio”sunun hər vəchlə bağlanmasına çalışır.

Fransa Korsika adasında dövlət müəssisələrində Korsika dilinin istifadəsi qadağan edir.

Fransa hökuməti qeyri-qanuni şəkildə ilhaq etdiyi Qəmərin Mayot adasında Balladur vizası tətbiq edir, Mayotun Qəmərin digər qardaş adaları ilə əlaqə saxlamasının qarşısını alır və bununla da Mayotun yerli xalqının öz mədəniyyətini, dilini və adət-ənənəsini unutmağa və Fransa mədəniyyətinin qaydaları ilə yaşamağa məcbur edir.

- Fransa hökuməti Fransız Qvianası, Martinika və Qvadelupada assimilyasiya siyasətini tətbiq edərək yerli dilləri ikinci plana atır və aborigen uşaqlara yerli tarixi, coğrafiyasını, mədəniyyətini nəzərə almayan Fransanın tədris sistemi üzrə təhsil almağa məcbur edir.

Bu, Fransanın dənizaşırı ərazilərində törətdiyi və bu gün də törətməyə davam etdiyi saysız-hesabsız cinayətlərinin kiçik siyahısıdır.

Fransa keçmiş və indiki müstəmləkələrində məqsədli şəkildə milli kimliyin məhv edilməsi siyasəti yürüdür və təəssüf ki, böyük ölçüdə buna nail olmuşdur.

Yuxarıda qeyd olunanları nəzərə alaraq Bakı Təşəbbüs Qrupu Beynəlxalq Frankofoniya Təşkilatına aşağıdakı çağırışları edir:

- Beynəlxalq Frankofoniya Təşkilatının Baş katibi tərəfindən Fransa Hökumətinin bu cinayətlərini pisləyən bəyanatın verilməsi;

- Beynəlxalq Frankofoniya Təşkilatının Zirvə görüşü zamanı Fransanın törətdiyi cinayətlərlə əlaqədar xüsusi sessiyanın keçirilməsi;

- Fransanın əsarəti altında qalmağa davam edən ərazilərdə törədilən cinayətlərlə əlaqədar xüsusi araşdırma komissiyasının göndərilməsi; Komissiya tərəfindən tərtib ediləcək hesabatın BMT-nin dekolonizasiya üzrə xüsusi komitəsinə təqdim edilməsi. Bakı Təşəbbüs Qrupu ərazilərə göndəriləcək komissiyanın işinə ekspert dəstəyi verməyə hazırdır.

- Fransa koloniyalarında dövlət orqanlarında, rəsmi yazışmalarda, məhkəmələrdə və s. ictimai yerlərdə fransız dilinin məcburi istifadəsindən imtinaya dair Fransa hökumətinə çağırış etməsi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Makron Çinə qarşı birləşməyə çağırdı

Makron Çinə qarşı birləşməyə çağırdı

Niderlandda dünyada ilk “günəş” plitəsi hazırlandı – FOTO

Niderlandda dünyada ilk “günəş” plitəsi hazırlandı – FOTO

NASA-nın xərcləri azaldılacaq

NASA-nın xərcləri azaldılacaq

"Fatih" yeni serialda

"Fatih" yeni serialda

Azərbaycanda debet kartları ilə aparılmış əməliyyatların HƏCMİ

Azərbaycanda debet kartları ilə aparılmış əməliyyatların HƏCMİ

"İcazə vermərəm ki, haqqımda bunu desinlər"

"İcazə vermərəm ki, haqqımda bunu desinlər"

Yeyin və xəstələnməyin - Şokoladın gözlənilməz faydası

Yeyin və xəstələnməyin - Şokoladın gözlənilməz faydası

Birinci Liqada gözlənilməz nəticə: Lider məğlub oldu - VİDEO

Birinci Liqada gözlənilməz nəticə: Lider məğlub oldu - VİDEO

İran ABŞ-nin atəşkəs təklifini RƏDD ETDİ

İran ABŞ-nin atəşkəs təklifini RƏDD ETDİ

Sumqayıtda qardaş qardaşı BIÇAQLADI

Sumqayıtda qardaş qardaşı BIÇAQLADI

1960-cı illərdə doğulan insanların qeyri-adi özəlliyi: Bunları heç kim BİLMİR

1960-cı illərdə doğulan insanların qeyri-adi özəlliyi: Bunları heç kim BİLMİR

Firəngiz Cəlilova: “Bu cür hallara “xırda insident” kimi baxmaq olmaz” - VİDEO

Firəngiz Cəlilova: “Bu cür hallara “xırda insident” kimi baxmaq olmaz” - VİDEO

Maliyyə çətinlikləri səbəbindən stomatoloqa getməyənlərin DİQQƏTİNƏ!

Maliyyə çətinlikləri səbəbindən stomatoloqa getməyənlərin DİQQƏTİNƏ!

Google sizin danışıqlarınızı dinləyə bilər:bunu necə söndürmək olar?

Google sizin danışıqlarınızı dinləyə bilər:bunu necə söndürmək olar?

Qurban Qurbanov: “Bəlkə də “Sabah” bizdən daha istəkli görünürdü”

Qurban Qurbanov: “Bəlkə də “Sabah” bizdən daha istəkli görünürdü”

Braziliyada təyyarə restorana çırpıldı – ANBAAN VİDEO

Braziliyada təyyarə restorana çırpıldı – ANBAAN VİDEO

Şəhid atası vəfat etdi

Şəhid atası vəfat etdi

“Xalqlar Dostluğu” və “Neftçilər” stansiyalarına gedən avtobuslar yolda qalır - SƏBƏB

“Xalqlar Dostluğu” və “Neftçilər” stansiyalarına gedən avtobuslar yolda qalır - SƏBƏB

Şimali Koreya işçiləri Rusiyaya axın edir

Şimali Koreya işçiləri Rusiyaya axın edir

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

“Haqqımız Əliyarın haramı olsun” - Video

“Haqqımız Əliyarın haramı olsun” - Video

36 il əvvəlin “VAZ-2103”ü – 6900 dollara satılır

36 il əvvəlin “VAZ-2103”ü – 6900 dollara satılır

Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti AÇIQLANDI

Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti AÇIQLANDI

Pezeşkian İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

Pezeşkian İlham Əliyevə TƏŞƏKKÜR ETDİ

End of content

No more pages to load

RADİO