Rusiyanın Tehrandakı səfirliyi İsrail və İran arasında münasibətlərin pisləşməsi fonunda ölkə vətəndaşlarına İrana səfərlərdən çəkinməklə bağlı çağırış edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya səfirliyinnin Telegram kanalında məlumat verilib.
"İran ətrafında vəziyyətin gərginləşməsi ilə əlaqədar Rusiya səfirliyi vətəndaşlarımıza müvəqqəti olaraq vəziyyət normallaşana qədər İran İslam Respublikasına səfərlərdən çəkinməyi tövsiyə edir", - deyə bəyanatda qeyd edilib.
Bizim.Media