Latviya Rusiya Federasiyası ilə şərq sərhədində hava hücumundan müdafiə sistemini gücləndirib.
Bizim.Media xəbər verir ki, bu barədə Latviyanın müdafiə naziri Andris Spruds məlumat yayıb.
Qeyd edilib ki, bu qərar sentyabrın 7-də Latqalenin Rezekne şəhəri yaxınlığında qəzaya uğrayan pilotsuz təyyarə ilə bağlı insidentdən sonra verilib.
Mobil hava qüvvələri qrupları sərhədə yenidən yerləşdirilib, pilotsuz təyyarələri aşkar etmək üçün radar stansiyaları quraşdırılıb.
Bizim.Media