Yaponiya hökuməti tam tərkibdə istefa verdi

Yaponiyada Fumio Kişidanın rəhbərlik etdiyi hökumət tam tərkibdə istefa verib.

Bizim.Media xəbər verir ki, bu barədə Yaponiya hökuməti başçısının dəftərxanası məlumat yayıb. 

Bildirilir ki, sabiq Baş nazir Fumio Kişidanın kabinetində yer alan bütün hökumət üzvlər istefa ərizələrini yazıblar. Yaxın saatlarda yeni hökumət formalaşacaq. Yeni hökumətə hakim Liberal Demokratik Partiyanın (LDP) yeni sədri Siqeru İsiba rəhbərlik edəcək.

Siqeru İsiba F.Kişidanın səlahiyyət müddətinin başa çatması ilə əlaqədar sentyabrın 27-də keçirilən seçkilərdə LDP-nin sədri vəzifəsinə gəlib.

Qeyd edək ki, 67 yaşlı Siqeru İsiba seçkiqabağı açıqlamalarında ölkəsini yüksək inflyasiya zonasından çıxaracağına söz verib. O, bərpa olunan enerji hesabına nüvə enerjisindən asılılığı azaltmağın tərəfdarıdır. Tokionun Vaşinqtonla müttəfiqliyinin möhkəmləndirilməsinin vacibliyini bildirən Siqeru İsiba regional təhdidlərə cavab olaraq NATO-nun Asiya versiyasını yaratmağı təklif edib.

Siqeru İsiba 2002-ci ildən 2004-cü ilədək Yaponiya Müdafiə Agentliyinin baş direktoru, 2007-ci ildən 2008-ci ilədək müdafiə naziri, 2008-ci ildən 2009-cu ilədək kənd təsərrüfatı, meşəçilik və balıqçılıq naziri vəzifələrində işləyib. 2012-ci ildə LDP-nin baş katibi, 2014-cü ildən 2016-cı ilədək yerli iqtisadi dirçəliş və əhalinin azalması ilə mübarizə məsələləri üzrə nazir vəzifəsini tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səfir: Azərbaycanın dəstəyi İran üçün önəmlidir

Səfir: Azərbaycanın dəstəyi İran üçün önəmlidir

Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

Azərbaycan XİN Seneqalı təbrik etdi

Azərbaycan XİN Seneqalı təbrik etdi

Siyəzəndə dəm qazından kütləvi ZƏHƏRLƏNMƏ: 10 nəfərə yaxın şəxs...

Siyəzəndə dəm qazından kütləvi ZƏHƏRLƏNMƏ: 10 nəfərə yaxın şəxs...

ABŞ-Avropa münasibətlərində GƏRGİNLİK – Köhnə qitə “təhlükəsizlik çətiri”ni İTİRİR...

ABŞ-Avropa münasibətlərində GƏRGİNLİK – Köhnə qitə “təhlükəsizlik çətiri”ni İTİRİR...

Yol Polisi sürücülərə MÜRACİƏT ETDİ

Yol Polisi sürücülərə MÜRACİƏT ETDİ

Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar

Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar

Günün qoroskopu: Gəlirlərinizi artırmaq üçün yeni yollar axtara bilərsiniz

Günün qoroskopu: Gəlirlərinizi artırmaq üçün yeni yollar axtara bilərsiniz

30,3 milyon dollara ehtiyac var - ÜST

30,3 milyon dollara ehtiyac var - ÜST

8-ci seriyanın istehsalı dayandırılır

8-ci seriyanın istehsalı dayandırılır

Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır – FOTO

Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır – FOTO

İlham Əliyev: “Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək” - FOTO

İlham Əliyev: “Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək” - FOTO

“Koroğlu"dakı köhnəlmiş marşrut lövhələri niyə YENİLƏNMİR? – Rəsmi AÇIQLAMA

“Koroğlu"dakı köhnəlmiş marşrut lövhələri niyə YENİLƏNMİR? – Rəsmi AÇIQLAMA

GÜNÜN HAVASI: 19 dərəcə isti, qar...

GÜNÜN HAVASI: 19 dərəcə isti, qar...

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verib

SON DƏQİQƏ! Xəzərdə zəlzələ baş verib

BİZİM TƏQVİM: 4 apreldə baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 4 apreldə baş vermiş tarixi hadisələr

Azərbaycanın pul bazarı üzrə göstəriciləri məlum oldu - CƏDVƏL

Azərbaycanın pul bazarı üzrə göstəriciləri məlum oldu - CƏDVƏL

Makron Çinə qarşı birləşməyə çağırdı

Makron Çinə qarşı birləşməyə çağırdı

Niderlandda dünyada ilk “günəş” plitəsi hazırlandı – FOTO

Niderlandda dünyada ilk “günəş” plitəsi hazırlandı – FOTO

NASA-nın xərcləri azaldılacaq

NASA-nın xərcləri azaldılacaq

"Fatih" yeni serialda

"Fatih" yeni serialda

Azərbaycanda debet kartları ilə aparılmış əməliyyatların HƏCMİ

Azərbaycanda debet kartları ilə aparılmış əməliyyatların HƏCMİ

"İcazə vermərəm ki, haqqımda bunu desinlər"

"İcazə vermərəm ki, haqqımda bunu desinlər"

Yeyin və xəstələnməyin - Şokoladın gözlənilməz faydası

Yeyin və xəstələnməyin - Şokoladın gözlənilməz faydası

End of content

No more pages to load

RADİO