İsrail Müdafiə Qüvvələri (İDF) Livanda "Hizbullah"a məxsus raket buraxılış qurğularının olduğu anbarı məhv edib.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Beyrut Beynəlxalq Hava Limanından təxminən 1,5 kilometr aralıda yerləşən anbarda “yer-hava” tipli raketlərin buraxılması üçün nəzərdə tutulmuş qurğular saxlanırmış.
Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələri "Hizbullah"ın onlarla hərbi obyektinə hücum edib.
Bizim.Media