Özbəkistan Respublikasının paytaxtı Daşkənddə Dövlət Aqrar Universitetinin ərazisində güclü yanğın baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğın təkcə universitet binasının özünü deyil, qonşu binaları da əhatə edib.
Ölənlər barədə məlumat yoxdur.
Bizim.Media