İraqın Baş naziri Məhəmməd əl-Sudani İsrail ordusunun hücumları nəticəsində həlak olan “Hizbullah” lideri Həsən Nəsrullahın xatirəsinə ölkədə matəm elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə İraq hökuməti başçısının mətbuat xidməti məlumat yayıb.
“Baş nazir Məhəmməd əl-Sudani Hizbullah-ın baş katibinin xatirəsinə bütün İraqda üç günlük ümumi matəm elan edib”, - məlumatda qeyd olunub.
Bizim.Media