“İsrail Hərbi Hava Qüvvələrinin Hizbullah qərargahına zərbəsi oyunun qaydalarını tamamilə dəyişdirdi”.
Bizim.Media xəbər verir ki, bu barədə İranın Livandakı səfirliyinin sosial şəbəkə hesabında qeyd edilib.
"Şübhəsiz ki, bu cinayət və ehtiyatsız davranış oyun qaydalarını dəyişdirən ciddi bir eskalasiyadır və bu cinayəti törədən şəxs müvafiq cəza ilə üzləşəcək", - səfirliyin “X” hesabında qeyd edilib.
Bizim.Media