Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat verib.
"Yenilənmiş məlumata görə, ümumilikdə 17 nəfər yaralanıb, təəssüf ki, ikisi uşaq olmaqla 7 nəfər ölüb", - deyə məlumatda qeyd edilib.
Partlayış baş verən ərazidə axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Bizim.Media